Prezident İlham Əliyev Londonda Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb

Prezident İlham Əliyev Londonda Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb Birgə layihələrin reallaşdırılması ilə bağlı qarşılıqlı razılığın əldə edilməsinə dair fikir mübadiləsi aparılıb
Xarici siyasət
4 Fevral , 2016 16:53
Prezident İlham Əliyev Londonda Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşüb

Bakı. 4 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” konfransı çərçivəsidə Xorvatiya Respublikasının Prezidenti xanım Kolinda Qrabar-Kitaroviç ilə görüşüb. 

“Report” xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq bildirilib. İqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində, enerji, nəqliyyat və infrastruktur layihələrinin həyata keçirilməsində qarşılıqlı maraq ifadə olunub.

Azərbaycan Prezidenti İlham Əliyev böyük İpək Yolu və “Cənub” qaz dəhlizi layihələrinin həyata keçirilməsi istiqamətində görülən işlərdən danışıb.

Söhbət zamanı birgə layihələrin reallaşdırılması ilə bağlı qarşılıqlı razılığın əldə edilməsinə dair fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi