Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı pislənib

Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı pislənib Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, tanınmış perulu jurnalist Rikardo Sançezin müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı təxribatları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir” başlıqlı məqal
Xarici siyasət
14 Aprel , 2023 04:43
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı son hərbi təxribatı pislənib

Peru Jurnalistləri Federasiyasının rəsmi portalında qurumun vitse-prezidenti, tanınmış perulu jurnalist Rikardo Sançezin müəllifi olduğu “Ermənistanın Azərbaycana qarşı təxribatları regional sülh və təhlükəsizliyi ciddi şəkildə təhdid edir” başlıqlı məqalə dərc edilib.

Bu barədə "Report"a Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına istinad edən müəllif, aprelin 11-də Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərinə müxtəlif silahlardan atəş açmaqla növbəti təxribat aktı törətdiyini, nəticədə Azərbaycan Ordusunun bir neçə əsgərinin şəhid olduğunu qeyd edir.

Məqalədə beynəlxalq ictimaiyyətin ölkələr arasında sülh müqaviləsi üzrə danışıqlara çağırışları fonunda bu kimi hərbi təxribatların, o cümlədən Ermənistanın sülh müqaviləsi prosesini pozmağa yönəlmiş müxtəlif bəyanatlarla çıxış edərək sülh prosesinə marağının olmadığını göstərdiyi bildirilir.

Məqalədə həmçinin bütün məsuliyyətin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistanın üzərinə düşdüyü və bu kimi hərəkətlərin nəinki Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini pozduğu, həmçinin regional sülh və təhlükəsizliyə ciddi təhlükə yaratdığı vurğulanır və bunun beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə pislənməsinin vacibliyi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi