Parisdə Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib

Parisdə Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib Fransanın paytaxtı Parisdə Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib.
Xarici siyasət
29 Mart , 2023 19:51
Parisdə Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib

Fransanın paytaxtı Parisdə Sumqayıt hadisələrinə həsr olunmuş dəyirmi masa keçirilib.

"Report"un yerli bürosu bildirir ki, hüquqşünas, sabiq prokuror Aslan İsmayılovun "Sumqayıt, SSR-nin süqutunun başlanğıcı" adlı kitabının təqdimatına həsr olunmuş dəyirmi masada fransalı professorlar, jurnalistlər, tarixçilər, diplomatlar, vətəndaş cəmiyyətlərinin üzvləri və digər şəxslər iştirak ediblər.

Dəyirmi masa Fransa-Azərbaycan Dialoqu Assosiasiyası tərəfindən təşkil edilib.

Tədbirdə müəllif Azərbaycan üçün taleyüklü məsələ olan Sumqayıt hadisələrinə dair prokuror qismində çıxış etdiyi proseslərdən danışıb.

Sumqayıt hadisələrinin səbəbləri və təşkilatçıları haqqında məlumat verən müəllif bu hadisələrin təşkilatçılarının ermənilər olduğunu və həmin hadisənin baş verməsində şəhər əhalisi arasına yerləşdirilən və Azərbaycan dilini təmiz bilən ermənilərdən ibarət təxribatçı qrupların xüsusi rol oynadığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbir zamanı iştirakçılar hüquqşünasa Sumqayıt hadisələri, SSRİ-nin süqutunun ilk illəri baş verən proseslər haqqında çoxlu sayda suallar veriblər.

Qeyd edək ki, kitab fransız dilində "Visible" nəşriyyatı tərəfindən çap olunub.

Son xəbərlər

Orphus sistemi