Fransanın paytaxtı Parisdə Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə konsert keçirilib.
"Report"un yerli bürosu bildirir ki, tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, fransalı iş adamları, musiqiçilər, incəsənət xadimləri və digər şəxslər iştirak ediblər.
Tədbirdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva öz çıxışında 33 il bundan əvvəl müstəqilliyini bərpa edən Azərbaycanın bu gün müstəqil, suveren və sərhədlərini qoruya bilən dövlətə çevrildiyini bildirib. O Azərbaycandakı dünyəvilik dəyərlərindən, ölkənin regionda və ümumiyyətlə Avropada sülhün və stabilliyin qorunması naminə göstərdiyi səylərdən danışıb.
Konsertdə azərbaycanlı və fransız musiqiçilər tanınmış bəstəkar Oqtay Zülfüqarovun əsərlərini ifa ediblər.