NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında ilk dəfə olaraq Daimi Nümayəndələrin Müavinləri Komitəsi (DPRC) formatında Alyans və Azərbaycan arasında enerji təhlükəsizliyi üzrə dialoq baş tutub.
"Report" xəbər verir ki, iclasda Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanov, Azərbaycan Respublikasının NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə, habelə nümayəndəliyin heyəti iştirak edib. Nazir müavini E.Soltanov NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina və Beynəlxalq Katibliyin İqlim və enerji təhlükəsizliyi bölməsinin rəhbəri Mixael Rühle ilə ikitərəfli görüşlər keçirib.
Müzakirələr zamanı E.Soltanov Azərbaycanın uğurlu enerji strategiyası, “Cənub Qaz dəhlizi”nin əhəmiyyəti, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələri, bərpa olunan enerji mənbələri sahəsində imkanlar və yeni perspektiv layihələr barədə müttəfiq dövlətlərə məlumat verib.
NATO üzv dövlətləri Azərbaycanın Alyansın etibarlı və önəmli tərəfdaşı olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Avropanın enerji təhlükəsizliyinə töhfələrini yüksək qiymətləndirib və bu çərçivədə perspektiv layihələrin əhəmiyyətinə toxunub.
15:59
NATO və Azərbaycan arasında enerji təhlükəsizliyi dialoqu keçirilir.
“Report” xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında Nümayəndəliyinin rəhbəri Cəfər Hüseynzadə tviterdə yazıb.
Qeyd olunub ki, bu dialoq çərçivəsində Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov NATO-nun qərargahında səfərdədir. Onun bir sıra rəsmi şəxslərlə görüşü gözlənilir.
HAPPENING NOW: Energy security dialogue between NATO and Azerbaijan on new Deputy Permanent Representatives Committee format kicked off. Within this dialogue, Deputy Minister of Energy of Azerbaijan, Elnur Soltanov is visiting #NATO HQ. Mr. Soltanov will hold meetings with… pic.twitter.com/nkv0Tl3vnm
— Jafar Huseynzada (@JafarHuseynzade) May 16, 2023