Monteneqronun Baş naziri: “Azərbaycanla münasibətlərimiz ən yüksək səviyyədədir”

Xarici siyasət
  • 05 iyul, 2023
  • 11:21
Monteneqronun Baş naziri: “Azərbaycanla münasibətlərimiz ən yüksək səviyyədədir”

“Azərbaycanla Monteneqro arasında münasibətlər ən yüksək səviyyədədir”.

Bunu Bakıda səfərdə olan Monteneqronun Baş naziri Dritan Abazoviç “Report”a müsahibəsində deyib.

Hökumət başçısı Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən nazirlər görüşünü yüksək qiymətləndirib.

“Belə tədbirlər Monteneqro kimi kiçik ölkələr üçün çox vacibdir. Ölkə ərazi baxımından nə qədər kiçik olsa da, gələcəkdə geosiyasi vəziyyəti asanlaşdırmaq üçün dəyərlərin və istəklərin nədən ibarət olması vacibdir”, - Monteneqronun Baş naziri qeyd edib.

D.Abazoviç belə gözəl tədbiri təşkil etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Baş nazir bildirib ki, Qoşulmama Hərəkatı çox vacib platformadır: “Monteneqro iclasda müşahidəçi ölkə kimi iştirak edir, biz bütün ölkələrlə dostluq əlaqələri qurmaq istəyirik. Tədbirin əhəmiyyəti ondan ibarətdir ki, biz çətin geosiyasi dövrdə burada ciddi məsələləri müzakirə edə bilirik”.

Hökumət başçısının fikrincə, bu beynəlxalq tədbir ölkələr arasında ikitərəfli münasibətlərin müzakirəsi ilə bağlı imkanlar yaradır.

Son xəbərlər

Bütün Xəbər Lenti