MDB Parlamentlərarası Asambleyasının sessiyası başladı

MDB Parlamentlərarası Asambleyasının sessiyası başladı Rusiyanın Sankt Peterburq şəhərində MDB Parlamentlərarası Asambleyasının yaz sessiyası başlayıb
Xarici siyasət
15 Aprel , 2021 13:00
MDB Parlamentlərarası Asambleyasının sessiyası başladı

Rusiyanın Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Asambleyasının yaz sessiyası başlayıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, asambleyanın daimi komitələrinin, rəhbər qurumu olan PA Şurasının iclasları, habelə asambleyanın plenum iclası video rabitəsi də istifadə olmaqla qarışıq formatda keçiriləcək. Sessiyada Milli Məclis sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.

Ssesiya çərçivəsində PA Şurasının sədri, Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun sədrliyi ilə “COVID-19 pandemiyası dövründə qlobal təhlükə və təhdidlər: terrorçuluq və zorakı ekstremizm” adlı beynəlxalq parlamentlərarası konfrans, habelə nümayəndə heyətlər rəhbərlərinin, Şura katibliyi nümayəndələrinin, ekspertlərin iştirak edəcəyi Şura iclası keçiriləcək.

Son xəbərlər

Orphus sistemi