Kral II Abdullah: Bu, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir

Xarici siyasət
  • 04 fevral, 2026
  • 21:30
Kral II Abdullah: Bu, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir

Ermənistanla Azərbaycan arasında sülh sazişinin, həmçinin həmin razılaşmanı mümkün etmiş insanların və onların göstərdiyi çox böyük səylərin tanınması və qeyd edilməsində hamınıza qoşulmaqdan böyük şərəf hissi duyuram.

"Report"un Əbu-Dabiyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu İordaniya Haşimilər Krallığının Kralı II Abdullah "Zayed İnsan Qardaşlığı Mükafatı"nın laureatlarına ünvanladığı təbrik videomüraciətində deyib.

"Zati-aliləri, əziz dostlarım, bu cür tarixi nailiyyət münasibətilə Sizi təbrik edirəm. Cəsarətli sülh seçimini etdiyinizə görə təbrik edirəm. Bu nailiyyət Sizin inanılmaz cəsarət və rəhbərlik keyfiyyətlərinizin nəticəsidir.

Uğurunuz onilliklər boyu davam etmiş münaqişəyə baxmayaraq, sülhün üstün tutulması mümkünlüyünün nümunəsidir", - kral bildirib.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevə və digər laureatlara "Zayed İnsan Qardaşlığı Mükafatı"nı təqdim edib.

Son xəbərlər

Bütün Xəbər Lenti