Fransanın Polineziyaya qarşı miqrasiya siyasəti həyata keçirməsi ərazinin turizm potensialının inkişafına mane olur, xarici investorları turizm fəaliyyətindən çəkindirir.
“Report” xəbər verir ki, bunu Fransız Polineziyası Assambleyasının Turizm və mədəniyyət işləri üzrə komissiyasının katibi Kliff Loussan mayın 30-da Milli Məclisdə keçirilən "Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər" mövzusunda konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, turizm sənayesinin gəlirlərinə miqrasiya məhdudiyyəti böyük təsir göstərir:
“Bu məhdudiyyətlər bütün iqtisadiyyatımıza təsir edə bilər. Ada dövlətləri bu gün müstəmləkə problemi ilə üz-üzədirlər. Biz istərdik ki, qonşu ölkələrlə təhlükəsizlik, ətraf-mühitlə bağlı müqavilələr imzalansın. Biz turistlərin gəlişini asanlaşdırmalıyıq. Resursların düzgün idarə olunması, iqlim dəyişikliyi ilə mübarizə də regionumuz üçün mühüm məsələdir. Fransa bilərəkdən ölkəmizi boyunduruğu altında saxlayır və iqtisadi inkişafdan məhrum edir”.