Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda oktyabrın 23-də BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.
"Report"un Kazana ezam olunan müxbirinin verdiyi xəbərə görə, Dilma Russeff Azərbaycanda COP29-un keçirilməsini xüsusi qeyd edərək, bu tədbirdə iştirak edəcəyini məmnunluqla vurğulanıb. O, iqlim maliyyələşməsi mövzularının beynəlxalq maliyyə institutlarının diqqət mərkəzində olduğunu deyib və bu nöqteyi-nəzərdən Bakıda keçiriləcək COP 29-un önəminə toxunub.
Söhbət zamanı qarşılıqlı maraq doğuran əməkdaşlıq imkanları müzakirə edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda BRİCS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşü olub.
Bu barədə "Report"un Kazana ezam olunmuş əməkdaşı xəbər verir.