İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanma mərasimi ürəkdən aparılmış işin nəticəsidir

Xarici siyasət
  • 10 fevral, 2026
  • 19:12
İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanma mərasimi ürəkdən aparılmış işin nəticəsidir

"Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası"nın imzalanma mərasimi ürəkdən aparılmış işin nəticəsidir.

"Report" xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.

"Biz Prezident Trampa və Vitse-prezidentə Cənubi Qafqazda sülhə töhfə verdiklərinə görə təşəkkür edirik. Ötən avqustda Ermənistan və Azərbaycan Ağ Evdə Prezident Trampın iştirakı ilə sülh sazişini parafladılar və biz Prezident Trampın, həmçinin şahid kimi imzaladığı Sülh haqqında Birgə Bəyannaməni imzaladıq. Artıq altı aydır ki, biz sülh şəraitində yaşayırıq. Biz sülh içində yaşamağı öyrənirik. Biz bu cür böyük töhfəyə görə ABŞ Hökumətinə çox minnətdarıq", - İlham Əliyev deyib.

Son xəbərlər

Bütün Xəbər Lenti