ICESCO rəsmisi: Bəzi Qərb dövlətlərində islamofobiya ilə bağlı vəziyyət həqiqətən ciddidir
- 26 may, 2025
- 11:21
Yeniliklərdən dərhal xəbərdar olun!
Bəzi Qərb ölkələrindəki insanlar İslam və "Qurani-Kərim" haqqında məlumatsızdırlar.
"Report" xəbər verir ki, bunu İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Sivilizasiyalararası Dialoq Mərkəzinin direktoru Xalid Fathalrahman Bakıda "İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması" mövzusunda keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu səbəbdən sözügedən ərazilərdə islamofobiya geniş yayılıb:
"Bununla mübarizə aparmaq üçün geniş maarifləndirmə işləri aparılmalıdır. İslamofobiya təkcə insanların dini seçiminə deyil, həm də düşüncə tərzlərinə təsir göstərir. Qərbdə bəzi dövlətlərdə olan islamofobiyanın qədəm qoyduğu mərhələ səlib yürüşlərindəki acı hadisələri xatırladır. Vəziyyət həqiqətən ciddidir".