Hökumətlərarası Komissiyanın qarşıdan gələn 11-ci iclası Azərbaycan-Macarıstan əməkdaşlığını daha da gücləndirəcək.
“Report” xəbər verir ki, bunu Macarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma ölkəsinin Milli Günü münasibətilə keçirilən rəsmi qəbulda deyib.
"Bu il həm Macarıstan, həm də Azərbaycanın qarşısında mühüm vəzifələr durur. Macarıstan 2011-ci ildən indiyədək ikinci dəfədir Avropa İttifaqı Şurasına sədrlik edir. Macarıstanın sədrliyinin əsas diqqəti Avropanın rəqabət qabiliyyətini artırmağa, genişlənmə və qonșuluq siyasətinə yönəlib", - səfir vurğulayıb.
Qeyd edək ki, Azərbaycan-Macarıstan Hökumətləri arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın 10-cu iclası bu ilin aprelində keçirilib.