Prezidentin köməkçisi Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyıb-tanınmayacağına aydınlıq gətirib

Prezidentin köməkçisi Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyıb-tanınmayacağına aydınlıq gətirib Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Bakının Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyıb-tanınmayacağı ilə bağlı sualı cavablandırıb.
Xarici siyasət
443
12 Mart , 2022 17:03
Prezidentin köməkçisi Azərbaycanın Şimali Kiprin müstəqilliyini tanıyıb-tanınmayacağına aydınlıq gətirib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi Bakının Şimali Kipr Türk Respublikasının müstəqilliyini tanıyıb-tanınmayacağı ilə bağlı sualı cavablandırıb.

"Report"un Türkiyə bürosunun xəbərinə görə, o bildirib ki, Şimali Kiprdə baş verən hadisə və prosesləri yaxından izləyir.

"Şimali Kipr türkləri bizim qardaşlarımızdır. Onu da qeyd edim ki, Azərbaycanla Türkiyə müttəfiq ölkələrdir. Müttəfiq ölkələr olduğumuz üçün də iki ölkənin Xarici İşlər nazirlikləri və digər qurumları arasında intensiv və səmimi münasibətlərimiz var. Biz bütün məsələləri müzakirə edirik. Bütün məsələlərdə də birgə, təmkinlə fəaliyyətimizi davam etdiririk. Şimali Kiprdən olan qardaşlarımızın da problemləri daim bizim qəlbimizdədir", - Prezidentin köməkçisi vurğulayıb.

Qeyd edək ki, 1974-cü ildə başlanan Kipr Hərəkatı nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılıb. 1983-cü ildə isə Şimali Kipr Türk Respublikası öz müstəqilliyini bəyan edib. ŞKTR-nin müstəqilliyi təkcə Türkiyə tərəfindən tanınır. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası ilə Şimali Kipr arasında münasibətlər yaranıb. Bakıda Şimali Kiprin rəsmi nümayəndəliyi fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi