Gəncədə Türkiyədə zəlzələ nəticəsində ölənlərin xatirəsi anılır

Gəncədə Türkiyədə zəlzələ nəticəsində ölənlərin xatirəsi anılır Gəncədə Türkiyədə zəlzələ nəticəsində dünyasını dəyişənlərin xatirəsi anılır
Xarici siyasət
7 Fevral , 2023 12:28
Gəncədə Türkiyədə zəlzələ nəticəsində ölənlərin xatirəsi anılır

Gəncə şəhərində Türkiyədə zəlzələ nəticəsində ölənlərin xatirəsi anılır.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncədə anım tədbiri keçirilir.

Türkiyənin şəhərdəki Baş Konsulluğunun önünə toplanan şəhər sakinləri burada yaradılan guşənin önünə gül dəstələri düzürlər.

Ziyarət davam edir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.

Son xəbərlər

Orphus sistemi