Fuat Oktay: Türkiyə və Azərbaycan parlamentləri qadınlara verdiyi imtiyazlarla Qərb ölkələrindən çox öndə olub

Fuat Oktay: Türkiyə və Azərbaycan parlamentləri qadınlara verdiyi imtiyazlarla Qərb ölkələrindən çox öndə olub Türkiyədə məclis, məsləhətləşmə ənənəsi türçülüyün tarixinə gedib çıxır.
Xarici siyasət
7 Dekabr , 2024 14:16
Fuat Oktay: Türkiyə və Azərbaycan parlamentləri qadınlara verdiyi imtiyazlarla Qərb ölkələrindən çox öndə olub

Türkiyə və Azərbaycan parlamentləri qadınlara verdiyi imtiyazlarla Qərb ölkələrindən çox öndə olub.

“Report” xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Bakıda jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, ənənələrdən irəli gəlir:

"Qadının bütün sahələrdə idarəçilikdə söz sahibi olması bundan sonra da davam edəcək".

F.Oktay bildirib ki, Türkiyədə məclis, məsləhətləşmə ənənəsi türçülüyün tarixinə gedib çıxır:

"Qədim türklərin "toy" ənənəsi müasir dönəmdəki məclis anlamı ilə eynidir".

Türkiyəli deputat vurğulayıb ki, Azərbaycan və Ermənistan birlikdə çalışdıqda üçüncü ölkələr araya girmədikdə sülhün yolunu tapırlar.

"Sülhün əldə olunması ilə regionda inkişafa şans yarancaq. "Azərbaycan Ermənistanı konstitusiyanı dəyişməyə məcbur edir" dezinformasiyalarının heç bir əsası yoxdur. Azərbaycan sadəcə bu məsələnin gələcək nəsillərə qalmasını istəmir və bunu da tamamilə dəstəkləyirik".

Son xəbərlər

Orphus sistemi