Britaniya PUA ilə mübarizə üçün lazer sistemlərinin alışını iki dəfə azaldıb

Digər ölkələr
  • 29 noyabr, 2026
  • 14:11
Britaniya PUA ilə mübarizə üçün lazer sistemlərinin alışını iki dəfə azaldıb

Böyük Britaniyanın Müdafiə Nazirliyi pilotsuz uçuş aparatlarını (PUA) məhv etmək üçün nəzərdə tutulan "DragonFire" lazer döyüş sistemlərinin alışını azaldıb.

"Report"un "The Telegraph" qəzetinə istinadən məlumatına görə, nəşr yazır ki, Birləşmiş Krallığın müdafiə naziri Ues Stritinq müdafiə vəsaitlərinin çatışmazlığı fonunda bu lazer silahı sisteminin sifarişini dörd vahiddən iki vahidə endirməyi tapşırıb.

Lazer qurğuları Porton-Daundakı hökumət müdafiə texnologiyaları laboratoriyasında işlənib hazırlanıb. Onlar PUA və raketləri vurmaq qabiliyyətinə malikdirlər.

Böyük Britaniyanın kölgə müdafiə naziri Ceyms Kartlic bu cür texnologiyaları müasir münaqişələrdə PUA-lara qarşı mübarizə üçün perspektivli adlandırıb. O, qənaətin ordunun döyüş hazırlığından üstün tutulduğunu bildirərək hökuməti müdafiə maliyyələşdirilməsini azaltdığına görə tənqid edib.

Müdafiə Nazirliyinin nümayəndəsi, öz növbəsində, vurğulayıb ki, "DragonFire" sistemi sınaqlar zamanı artıq yüzlərlə dəfə uğurla tətbiq edilib. Onun sözlərinə görə, qurum Böyük Britaniyanın bu texnoloji sahədə liderliyini qoruyub saxlamaq üçün istiqamətləndirilmiş enerji silahlarının işlənib hazırlanmasına 490 milyon funt sterlinq sərmayə yatırır.

44 filmi