Azərbaycan Tbilisidə beynəlxalq incəsənət sərgisində təmsil olunur

İncəsənət
  • 29 noyabr, 2026
  • 13:37
Azərbaycan Tbilisidə beynəlxalq incəsənət sərgisində təmsil olunur

Tbilisidəki Müasir İncəsənət Muzeyində "Silk Road – Imprints in Motion" adlı beynəlxalq incəsənət sərgisinin açılışı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, açılış mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev də iştirak edib.

Tədbirdə çıxış edən səfir beynəlxalq mədəniyyət təşəbbüslərinin xalqlar arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, mədəniyyətlərarası dialoqun inkişafı və humanitar əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb.

Sərgidə 11 ölkə - Azərbaycan, Türkiyə, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, İtaliya, Çin, İran və Hindistan təmsil olunur.

Azərbaycan sərgidə multimedia rəssamı, fotoqraf, kinorejissor və kurator Sitarə İbrahimbəylinin əsərləri ilə yer alır.

Sərginin fərqli cəhəti müxtəlif ölkələrin incəsənət nümunələrinin ənənəvi kommersiya stendləri əvəzinə, vahid kurator konsepsiyası əsasında muzey məkanında təqdim olunmasıdır. Bu format ziyarətçilərə və kolleksiyaçılara iştirakçı ölkələrin bədii yaradıcılığı ilə yaxından tanış olmaq, əsərləri kəşf və əldə etmək imkanı yaradır.

"Silk Road – Imprints in Motion" sərgisi müxtəlif ölkələrin incəsənət nümayəndələri arasında yaradıcılıq mübadiləsi və əməkdaşlığı təşviq edən beynəlxalq platforma kimi çıxış edir. Sərgi incəsənətin xalqlar arasında əlaqələrin və qarşılıqlı anlaşmanın gücləndirilməsindəki rolunu ön plana çıxarır.

44 filmi