Dövlət Komissiyasının sosial şəbəkə hesablarında Azərbaycanda keçirilən beynəlxalq konfrans barədə paylaşım edilib

Xarici siyasət
  • 29 noyabr, 2026
  • 13:40
Dövlət Komissiyasının sosial şəbəkə hesablarında Azərbaycanda keçirilən beynəlxalq konfrans barədə paylaşım edilib

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Azərbaycanda "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"la bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

"Report" xəbər verir ki, paylaşımda IV Beynəlxalq Konfrans çərçivəsində xarici iştirakçılar və Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün təşkil edilən Qarabağa xüsusi tanışlıq səfərindən bəhs edilir.

Qeyd edək ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Konfrans "İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi" mövzusuna həsr olunub.

44 filmi