Fərqli cəbhələrdə ABŞ-nin strateji imperativlərinin icra olunması iqtisadi borclanmaya gətirib çıxaracaq - RƏY

Fərqli cəbhələrdə ABŞ-nin strateji imperativlərinin icra olunması iqtisadi borclanmaya gətirib çıxaracaq - RƏY Fərqli cəbhələrdə ABŞ-nin strateji imperativlərinin icra olunması iqtisadi borclanmaya gətirib çıxaracaq.
Xarici siyasət
28 Avqust , 2024 14:28
Fərqli cəbhələrdə ABŞ-nin strateji imperativlərinin icra olunması iqtisadi borclanmaya gətirib çıxaracaq - RƏY

Fərqli cəbhələrdə ABŞ-nin strateji imperativlərinin icra olunması iqtisadi borclanmaya gətirib çıxaracaq.

Bunu “Report”a açıqlamasında politoloq İlyas Hüseynov deyib.

O qeyd edib ki, tarixən güclü dövlətlər bir neçə cəbhədə müharibə aparanda məğlubiyyətə düçar olublar:

“Bunu ayrı-ayrı imperiyaların, fövqəldövlətlərin tarixində görmək olar. Məsələn, SSRİ-nin çöküşü, orada yaşanan iqtisadi çətinliklər, siyasi problemlər, etnik münaqişələr SSRİ-nin eyni vaxtda müxtəlif problemlərə köklənməsi və kənar təsirlərin güclü olması səbəbilə baş verdi. ABŞ-nin fəaliyyətində də müxtəlif cəbhələrdə iştirak mövcuddur. Belə ki, bir vaxtlar Əfqanıstanda mövcudluğunu qorudu, ancaq sonra bu dövləti tərk etdi. Hazırda İraqdan çıxması haqqında fərziyyələr var. Cari proseslərə nəzər saldıqda isə ABŞ-nin bir tərəfdən Rusiyaya qarşı Ukraynaya, HƏMAS-a qarşı İsrailə dəstək göstərdiyini, digər tərəfdən isə Tayvan və Ermənistanı silahlandırdığını görürük”.

 İlyas Hüseynov
İlyas Hüseynov

Ekspertin sözlərinə görə, bütün bunlar onu deməyə əsas verir ki, ABŞ ya silah istehsalçısı şirkətlərlə qarşıdurmaları davam etdirmək məqsədlərinə nail olacaq, ya da hərbi-texniki sahədəki maliyyə xərcləri səbəbilə iqtisadi borclanma ilə üzləşəcək:

“Çünki müharibə aparmaq hazırda milyardlarla vəsait tələb edir, ABŞ-nin bu sahədəki xərcləri isə artıq trilyonlarla ölçülməkdədir. Bu baxımdan fərqli cəbhələrdə ABŞ-nin öz strateji imperativlərinin icra olunması qarşıdakı dövrdə iqtisadi baxımdan öz təsirlərini mütləq göstərəcək, hətta hazırda da təsirlər hiss olunmaqdadır. Sülh, təhlükəsizlik və sabitliyə töhfə diplomatik yollarla verilmir və gərginlik yaratmaq məqsədlərindən çıxış edilirsə, bu, əvvəl-axır dövlətin iqtisadi cəhətdən tükənməsinə gətirib çıxarır”.

Son xəbərlər

Orphus sistemi