Fərid Şəfiyev: Ermənistan ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid etməməlidir

Fərid Şəfiyev: Ermənistan ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid etməməlidir Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdursa, ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid etməməlidir.
Xarici siyasət
10 Dekabr , 2024 11:53
Fərid Şəfiyev: Ermənistan ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid etməməlidir
Fərid Şəfiyev

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası yoxdursa, ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid etməməlidir.

"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə" mövzusunda keçirilən beynəlxalq konfransda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi zəruridir:

"Bu, dünya təcrübəsində də var. Şimali Makedoniya və Yunanıstan arasındakı mübahisəli məsələ də konstitusiya dəyişikliyi ilə həll olundu. Ona görə də Azərbaycanın tələbi normaldır".

F.Şəfiyev bildirib ki, Ermənistan Azərbaycana qarşı ərazi iddiasının olmadığını iddia edir:

"Amma digər tərəfdən də Maltada ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid edir. Əgər ərazi iddiası yoxdursa, belə bir qrupun niyə fəaliyyətini davam etdirməsini istəyir? Ona görə də Ermənistan sülh istəyirsə, bunu sənədlə sübut etməlidir".

Son xəbərlər

Orphus sistemi