Eytan Yanarocaq: “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Eytan Yanarocaq: “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir” “İsrail irriqasiya, kənd təsərrüfatı və müdafiə sahələrində texnologiyalarını paylaşaraq Azərbaycanla əməkdaşlığın inkişafına töhfə verir”.
Xarici siyasət
31 May , 2023 13:51
Eytan Yanarocaq: “İsrail Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“İsrail irriqasiya, kənd təsərrüfatı və müdafiə sahələrində texnologiyalarını paylaşaraq Azərbaycanla əməkdaşlığın inkişafına töhfə verir”.

“Report” xəbər verir ki, bunu Təl-Əviv Universitetinin professoru Eytan Yanarocaq deyib.

O qeyd edib ki, İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Bilirik ki, Ermənistan İranın sateletinə çevrilib. Bu səbəbdən maraqlarımız Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsini diktə edir”.

Onun sözlərinə görə, İsraillə Türkiyə arasında münasibətlərin normallaşması həm də İsraillə Azərbaycan arasında əməkdaşlıq ritminin qorunub saxlanmasını təmin edəcək: “Fikrimcə, Azərbaycan xüsusi mövqeyi ilə İsrail və Türkiyəni yaxınlaşdıra biləcək ümumi halqa rolunu oynayacaq. Bu alyans İsrail, Türkiyə və Azərbaycanın maraqlarına xidmət edəcək. Bu üçtərəfli əməkdaşlığın kimə mane olacağı hər kəsə bəllidir: İran və Ermənistana”.

Xatırladaq ki, mayın 30-da İsrail Prezidenti İsxak Hersoq Azərbaycana rəsmi səfərə gəlib. Səfər zamanı “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında səhiyyə və tibb elmi sahələrində 2023-2028-ci illər üçün Əməkdaşlıq Planı” imzalanıb.

Son xəbərlər

Orphus sistemi