Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul-Qeyt ərəb ölkələrini Mərkəzi Asiya və Azərbaycanla iqtisadi inteqrasiyanı sürətləndirmək üçün mexanizmlərin qurulmasına çağırıb.
"Report" bu barədə "
Baş katib Qətər dövlətinə Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 4-cü sessiyasına ev sahibliyi üçün Mərkəzi Asiya və Azərbaycana göndərdiyi müraciətə görə minnətdarlığını bildirib.
O, ərəb regionu, Mərkəzi Asiya və Azərbaycanın ortaq coğrafi, sivilizasiya və mədəni məkan təşkil etdiyini vurğulayıb. Həmçinin bu regionlar arasında onilliklər ərzində münasibətləri səciyyələndirən çoxillik əlaqələri və müxtəlif mübadilələri qeyd edib.
Əbül-Qeyt xatırladıb ki, Liqa tərəflər arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığı dərinləşdirmək məqsədi ilə 2005-ci ildə Azərbaycan, 2007-ci ildə Qazaxıstan və Özbəkistan və 2014-cü ildə Tacikistanla Anlaşma Memorandumları imzalayıb.
Qeyd edək ki, aprelin 30-da Doha şəhərində Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclası keçirilib. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iclasda iştirak və çıxış edib.