Ərdoğan Türkiyənin İsraillə əlaqələrini bərpa edəcəyi ilə bağlı məlumatlara münasibət bildirib

Ərdoğan Türkiyənin İsraillə əlaqələrini bərpa edəcəyi ilə bağlı məlumatlara münasibət bildirib "Bizim İsraillə kəşfiyyat sahəsində əlaqələrimiz kəsilməyib və bu əlaqələr davam edir. Orada ən yüksək vəzifədə olan bəzi şəxslərlə problemlər yaşayırıq".
Xarici siyasət
3080
25 Dekabr , 2020 15:22
Ərdoğan Türkiyənin İsraillə əlaqələrini bərpa edəcəyi ilə bağlı məlumatlara münasibət bildirib
Rəcəb Tayyib Ərdoğan
0 : 00
0 : 00

"Bizim İsraillə kəşfiyyat sahəsində əlaqələrimiz kəsilməyib və bu əlaqələr davam edir. Orada ən yüksək vəzifədə olan bəzi şəxslərlə problemlər yaşayırıq".

Report" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Bu təkcə İsaillə bağlı olan problem deyil. Bəzi ölkərdə də bununla qarşılaşırıq. Əgər ən yüksək vəzifədə olan şəxslərlə belə problemlər olmasaydı, Türkiyənin İsraillə əlqələri çox fərqli ola bilərdi.

Bundan başqa, İsrailin xüsusən Fələstinlə bağlı siyasəti Türkiyə üçün qırmızı xəttdir. Həmin ölkənin fələstinli qardaşlarımıza qarşı tutduğu mövqeyi, qəddar davranışları qəbul etmək mümkün deyil. Bu, bizim ədalət anlayışımıza ziddir. Eyni zamanda ölkələrin ərazi bütövlüyü baxımından qəbuledilməzdir. Bizim İsraillə fikir ayırılığımız bununla bağlıdır. Ümid edirik ki, onlarla münasibətimizi yaxşı nöqtəyə daşıya biləcəyik", - Türkiyə prezidenti vurğulayıb.

Son xəbərlər

Orphus sistemi