Azərbaycan və Qazaxıstan xalqları arasında mövcud olan tarixi, mədəni və dini ortaqlıqlar və əsrlərə söykənən ənənəvi dostluq, qardaşlıq münasibətləri iki ölkə arasında əlaqələrin əsasını təşkil edir.
“Report”un məlumatına görə, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda Qazaxıstanın Respublika günü münasibətilə keçirilən tədbirdə deyib.
O bildirib ki, ali səviyyədə təşəkkül tapmış qarşılıqlı hörmət və etimada əsaslanan fəal siyasi ideyalar Azərbaycan və Qazaxıstan arasında bütün sahələrdə yaxın iş birliyini şərtləndirən ciddi nailiyyətlərin əldə olunmasına təşviq edən əsas faktor kimi çıxış idi:
“Bu gün yeni məzmun kəsb edən Azərbaycan-Qazaxıstan münasibətləri strateji tərəfdaşlıq və müttəfiqlik xarakterlidir. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında müqavilə Azərbaycan Respublikası, Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi haqqında bəyannamə münasibətimizin əsasını təşkil edir”.