Dövlət başçısı: “Böyük qardaşın nə qədər güclü olsa da, burada yaşayan yenə də sən olacaqsan”

Xarici siyasət
  • 07 dekabr, 2023
  • 03:43
Dövlət başçısı: “Böyük qardaşın nə qədər güclü olsa da, burada yaşayan yenə də sən olacaqsan”

“Buradakı gürcü dostlarımız bilirlər ki, bu gün Gürcüstanın enerji təhlükəsizliyi tamamilə təmin olunur. Böyük oyunçular arasında nə olursa-olsun, şəraitin necə olmasından asılı olmayaraq, o, etibarlı təchizat mənbəyidir”.

“Report” xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi barədə danışarkən söyləyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan üçün etibarlı tranzit marşrutu Gürcüstandan keçir:

“Bu, qarşılıqlı əlaqə, belə demək mümkündürsə, qarşılıqlı asılılıq deməkdir ki, bu da yaxşı bir şeydir, dostluğu gücləndirir. Bu, elektrik istehsalı, təbii qaz, yanacaq, maneəsiz tranzit imkanlarının yaradılması ilə bağlı bir layihə ola bilər. Amma üç ildir ki, biz yox, məhz Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olur.

Bu dəhlizin təşviq olunmasında Türkiyə ilə yanaşı, Azərbaycan və bir çox başqa ölkələr də fəal surətdə iştirak edirdi. Amma onlar buna mane olurdular. Yəni, məncə, onlar vəziyyəti yenidən nəzərdən keçirməlidirlər və həmçinin başa düşməlidirlər ki, böyük qardaşın nə qədər güclü olsa da, burada yaşayan yenə də sən olacaqsan, buradakı ölkələr arasında özünə yer tapmalı olacaqsan”.

Son xəbərlər

Bütün Xəbər Lenti