COP29 çərçivəsində IDEA və “Clean Air Fund” tərəfindən panel müzakirələri təşkil olunub

COP29 çərçivəsində IDEA və “Clean Air Fund” tərəfindən panel müzakirələri təşkil olunub IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “Clean Air Fund” (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan p
Xarici siyasət
15 Noyabr , 2024 21:50
COP29 çərçivəsində IDEA və “Clean Air Fund” tərəfindən panel müzakirələri təşkil olunub

IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyi və “Clean Air Fund” (CAF) təşkilatının tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan pavilyonunda “Təmiz havanın uşaq və yeni doğulan körpələrin sağlamlığı üçün əhəmiyyəti” mövzusunda panel müzakirəsi təşkil edilib.

“Report” xəbər verir ki, tədbirin açılışında çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva aparılacaq müzakirələrin uşaqların rifahına verə biləcəyi töhfəni qeyd edib.

Hava çirklənməsi probleminin nəticəsi olaraq hər il milyonlarla insanın həyatını itirdiyini vurğulayan Leyla Əliyeva qeyd edib ki, adıçəkilən problemin aradan qaldırılması üçün qlobal həmrəylik və dayanıqlı texnologiyalardan istifadə əhəmiyyətli rol oynayır.

Sonra Leyla Əliyeva Azərbaycan Respublikası tərəfindən görülən tədbirlər, o cümlədən dayanıqlı ictimai nəqliyyat vasitələri, hibrid və elektroavtomobillərdən istifadənin genişləndirilməsi istiqamətində atılan addımlar barədə tədbir iştirakçılarına məlumat verib.

IDEA İctimai Birliyi tərəfindən həyata keçirilən müxtəlif layihə və tədbirlər barədə də danışan Leyla Əliyeva ötən 13 il ərzində təşkilatın təşəbbüsü ilə 5 milyondan çox ağacın əkildiyini qeyd edib. Bununla bərabər, “Məktəb bağları” layihəsi çərçivəsində Bakı şəhəri və bölgələrdə yerləşən 300 məktəbin həyətində 20 mindən çox ağacın əkildiyi panel müzakirələri iştirakçılarının diqqətinə çatdırılıb.

Qeyd edək ki, tədbirdə, həmçinin Azərbaycanın səhiyyə naziri Teymur Musayev, CAF-ın baş icraçı direktoru Jane Burston, BMT-nin Uşaq Fondunun (UNICEF) Sağlam Uşaqlar üçün Sağlam Ətraf Mühit Qlobal Proqramının rəhbəri Abheet Solomon, Botnar Fondunun vitse-prezidenti, “Partnership for Maternal, Newborn & Child Health” təşkilatının İdarə heyətinin üzvü Flavia Bustreo və gənc ətraf mühit fəalı Francisco Vera iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi