Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İranda səfərdədir.
Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “3+3” formatında birinci nazirlər görüşündə iştirak etmək məqsədilə İrana işgüzar səfərə yola düşüb.
Bu barədə “Report”a Xarici İşlər Nazirliyindən məlumat verilib.
Səfər çərçivəsində nazir C.Bayramovun tədbirdə çıxışı, eləcə də ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın paytaxtı Tehranda “3+3” regional formatı (Azərbaycan, Ermənistan, Gürcüstan, İran, Rusiya, Türkiyə) çərçivəsində keçiriləcək görüşdə iştirak edəcək.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.
O bildirib ki, C.Bayramov oktyabrın 23-də İrana yola düşəcək.
Xarici işlər nazirlərinin iştirakı ilə keçiriləcək görüşdə siyasi, iqtisadi, təhlükəsizlik, nəqliyyat, enerji sahələrində regional əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin Tehranda “3+3” regional formatında keçiriləcək görüşdə iştirak etməyəcəyini təsdiqləyib. Gürcüstan “3+3” formatının ötən il Moskvada baş tutan ilk görüşündə də iştirak etməyib.