BMT Baş Assambleyası 77-ci sessiyasının prezidenti Azərbaycana təşəkkür edib

BMT Baş Assambleyası 77-ci sessiyasının prezidenti Azərbaycana təşəkkür edib Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi ilə görüşüb.
Xarici siyasət
23 Sentyabr , 2022 04:37
BMT Baş Assambleyası 77-ci sessiyasının prezidenti Azərbaycana təşəkkür edib

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti Tsaba Körösi Azərbaycana Qoşulmama Hərəkatına sədr kimi aktiv liderliyinə görə təşəkkür edib.

Bu barədə "Report" Tsaba Körösinin tviter hesabına istinadən xəbər verir.

O, qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) 77-ci Baş Assambleyasında iştirak üçün ABŞ-ın Nyu York şəhərində səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşüb.

Tsaba Körösi Azərbaycana Qoşulmama Hərəkatına sədr kimi aktiv liderliyinə görə minnətdarlığını bildirib.

BMT Baş Assambleyasının 77-ci sessiyasının prezidenti həmçinin qeyd edib ki, görüşdə regionda və ondan kənarda sülh, təhlükəsizlik, ərzaq və enerji məsələləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi