Ceyhun Bayramov: "Belçika parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzlidir"

Ceyhun Bayramov: "Belçika parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzlidir" Xarici işlər naziri Ceyhun Bayramov Belçikanın baş nazirinin müavini - xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sofi Vilmes ilə görüşdə bəzi Avropa ölkələrinin parlamentlərinin Azərbaycan qarşı qəbul e
Xarici siyasət
18 Dekabr , 2020 17:52
Ceyhun Bayramov: Belçika parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə qərəzlidir
Ceyhun Bayramov

Xarici işlər naziri Ceyhun Bayramov Belçikanın baş nazirinin müavini - xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Sofi Vilmes ilə görüşdə bəzi Avropa ölkələrinin parlamentlərinin Azərbaycan qarşı qəbul etdiyi birtərəfli və qərəzli qərarları ilə bağlı müzakirə aparıb.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov Belçika parlamentinin də belə bir qərar qəbul etdiyini təəssüflə qarşı tərəfin diqqətinə çatdırıb. O, Belçika hökumətinin izahatı nəticəsində qəbul olunmuş bu qərara beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələrinə istinadın daxil edilməsinə rəğmən, sənəddə bir sıra həqiqəti əks etdirməyən məqamların yer almasının Azərbaycan ictimaiyyətinin ciddi narahatlığına səbəb olduğunu vurğulayıb.

Son xəbərlər

Orphus sistemi