Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib - YENİLƏNİB
Ceyhun Bayramov ATƏT-in Baş katibi ilə regional təhlükəsizlik məsələlərini müzakirə edib - YENİLƏNİBAzərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmitlə görüşüb.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığa işgüzar səfəri çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmid ilə görüşüb.
XİN-dən “Report”a verilən məlumata görə, görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən, regional məsələlər müzakirə olunub.
C.Bayramov beynəlxalq sülh və təhlükəsizliyin qorunmasında effektiv çoxtərəfliliyi dəstəkləyən ölkəmizin bu istiqamətdə bir sıra beynəlxalq və regional təşkilatlarla, o cümlədən ATƏT-lə əməkdaşlıq etdiyini məmnunluqla bildirib.
Nazir postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, o cümlədən Azərbaycanın Ermənistan ilə münasibətlərin normallaşması və sülh gündəliyinin irəli aparılması istiqamətində səyləri barədə qarşı tərəfi məlumatlandırıb. Azərbaycan tərəfindən göstərilən konstruktiv yanaşmanın Ermənistanın davamlı hərbi-siyasi təxribatları ilə üzləşdiyi bildirilib. Mövcud çağırışlar və çətinliklərə baxmayaraq, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərini davam etdirmək əzmində olduğu vurğulanıb.
Helqa Şmid ATƏT-in Azərbaycan ilə əməkdaşlığa əhəmiyyət verdiyini, bu istiqamətdə münasibətlərin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Bölgədə sülhün bərqərar edilməsi, gərginliyin aradan qaldırılması istiqamətində fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
19:35
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Londonda keçirilən Ukrayna Bərpa Konfransı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmidlə görüşüb.
"Report" xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" hesabında məlumat paylaşılıb.
Görüşdə Azərbaycan və ATƏT arasında əməkdaşlıq gündəliyi, həmçinin regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.
Delighted to meet w/@HelgaSchmid_SG, SG of #OSCE within my working visit to the UK.
Discussed future prospects of cooperation btw Azerbaijan & OSCE. Informed about post-conflict situation & realities in the region. Reiterated #Azerbaijan's commitment to peace process w/Armenia. pic.twitter.com/zRkgkK6B3W