Britaniyalı parlamentari: Bakıda islamofobiyaya qarşı keçirilən tədbir bu təzahürlə mübarizəyə mühüm töhfədir
- 09 mart, 2024
- 09:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə" mövzusunda keçirilən beynəlxalq elmi konfrans islamofobiya ilə mübarizəyə mühüm töhfə verir.
Bu barədə "Report"a açıqlamasında Böyük Britaniya parlamentinin üzvü Afzal Xan deyib.
“İlk növbədə, Azərbaycanı belə mühüm konfransa ev sahibliyi etməsi münasibətilə təbrik etmək istəyirəm. Konfransın tarixi də yaxşı seçilib - 8 Mart. Həmin gün dünyada Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Çünki islamofobiyanın əsas qurbanları qadınlardır”, - o bildirib.
Parlamentari islamofobiya probleminin çoxdan mövcud olduğunu və hər il vəziyyətin daha da pisləşdiyini vurğulayıb: “Bu, təcili tədbirlərin görülməsini zəruri edir”.
A.Xan onu da qeyd edib ki, Azərbaycan dünyanın hər yerindən çoxsaylı ekspert və mütəxəssisləri bir araya gətirməklə böyük işlər görüb.