Braziliya XİN başçısı: BMT Nizamnaməsinə yenidən baxılması təklifini planlaşdırırıq

Braziliya XİN başçısı: BMT Nizamnaməsinə yenidən baxılması təklifini planlaşdırırıq Braziliya gələn il BRICS-ə sədrliyi çərçivəsində BMT Baş Assambleyasına 109-cu maddə əsasında təşkilatın Nizamnaməsinə yenidən baxılması üçün konfransın çağırılması təklifini irəli sürməyi nəzərdən keçirir.
Xarici siyasət
24 Oktyabr , 2024 16:41
Braziliya XİN başçısı: BMT Nizamnaməsinə yenidən baxılması təklifini planlaşdırırıq

Braziliya gələn il BRICS-ə sədrliyi çərçivəsində BMT Baş Assambleyasına 109-cu maddə əsasında təşkilatın Nizamnaməsinə yenidən baxılması üçün konfransın çağırılması təklifini irəli sürməyi nəzərdən keçirir.

"Report"un Kazana ezam olunan əməkdaşının məlumatına görə, bunu Braziliyanın xarici işlər naziri Mauro Vieyra “XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniş tərkibdə görüşü zamanı deyib.

Onun sözlərinə görə, gələn il BRICS-in əsas mövzusu daha inklüziv və davamlı inkişaf üçün Cənubun qlobal əməkdaşlığının gücləndirilməsi olacaq: “Bu il G20-i sədrliyi burada iştirak edən bir çox ölkənin dəstəyinə malik olan qlobal idarəetmə islahatları üçün mühüm fəaliyyət çağırışını təsdiqləyib”.

Nazir, həmçinin Braziliyanın G20-dəki prioritetlərini açıqlayıb: “Bu, sosial inteqrasiya, iqlim dəyişikliyi ilə mübarizə, həmçinin qlobal idarəetmə islahatı və dünya maliyyələşdirmə institutlarının yaradılmasıdır. Biz, həmçinin bütün ölkələri qlobal istiləşməyə qarşı mübarizədə öz milli töhfələrinə dair ambisiyalarını artırmağa dəvət edirik".

Son xəbərlər

Orphus sistemi