“Cənubi Qafqazda davamlı sülh bizim ümumi məqsədimizdir”.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell rəsmi “X” hesabında bildirib.
Diplomat Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəklədiyini bir daha bəyan edib.
Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell arasında telefon danışığı olub.
Fruitful exchange w/ @AraratMirzoyan on our intensive bilateral agenda, support to Armenia’s resilience & new EU Armenia Partnership Agenda.
On regional issues, I reiterated support to AM-AZ normalisation process: our common objective is sustainable peace in the South Caucasus.
— Josep Borrell Fontelles (@JosepBorrellF) May 26, 2024