“Ümummilli Lider Heydər Əliyev Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafında mühüm rol oynayıb”.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Nağı Əhmədov Bakıda “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” mövzusunda keçirilən Dəyirmi masada deyib.
Onun sözlərinə görə, Heydər Əliyevin xarici siyasətlə bağlı baxışında Mərkəzi Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edirdi: “Bundan başqa, Azərbaycan və Özbəkistan ortaq köklərə, dilə və dəyərlərə malikdir. Bu da ikitərəfli əməkdaşlığın inkişafı üçün ciddi təməl təşkil edir”.
N.Əhmədov vurğulayıb ki, Azərbaycan Özbəkistan üçün Qərbə açılan pəncərədir: “Buna görə də ölkələr nəqliyyat-logistika layihələrində də iştirak edirlər”.