Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təsis edilməsindən 12 il keçir.
"Report" xəbər verir ki, 2012-ci il avqustun 23-də Bişkekdə Türk Şurasının Sammitində Türk Dövlətlərinin - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə respublikalarının dövlət başçılarının qərarı ilə Bakıda Türk Mədəniyyəti və İrsi Fondu təsis edilib.
Fond fəaliyyət göstərdiyi 12 il ərzində Türk Dövlətləri Təşkilatı (TDT), TÜRKSOY, Türk Akademiyası, TürkPA, Türk İnvestisiya Fondu kimi müttəfiq türk təşkilatları ilə əməkdaşlıq edib, türk xalqlarının zəngin mədəniyyəti və irsinin öyrənilməsi və təbliği istiqamətində bir çox layihələr həyata keçirib.
Fondun 12 illik yubileylə əlaqədar yaydığı məlumatda bildirilib ki, qurum bundan sonra da Türk dünyasının maddi və mənəvi dəyərlərinin qorunması və təbliği üçün əməkdaşlıq etdiyi təşkilatlarla birgə işlərə imza atacaq.