Beynəlxalq Dekolonizasiya Cəbhəsi təyyarə qəzası ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib

Beynəlxalq Dekolonizasiya Cəbhəsi təyyarə qəzası ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib Beynəlxalq Dekolonizasiya Cəbhəsi AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib.
Xarici siyasət
28 Dekabr , 2024 11:42
Beynəlxalq Dekolonizasiya Cəbhəsi təyyarə qəzası ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib

Beynəlxalq Dekolonizasiya Cəbhəsi AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı başsağlığı və həmrəylik bəyanatı verib.

"Report"un məlumatına görə, Azərbaycan dövləti və xalqına, təyyarə qəzası qurbanlarının ailələrinə və Bakı Təşəbbüs Qrupuna ünvanlanmış müraciətdə bildirilir ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi dekabrın 25-də baş vermiş faciədən dərindən kədərlənir.

“Son iki il ərzində beynəlxalq konfranslar sayəsində Azərbaycan xalqı, xüsusilə də Bakı Təşəbbüs Qrupu ilə qurduğumuz dostluq və əməkdaşlıq əlaqələri hazırkı ağrılı anlarda bizi daha da yaxınlaşdırır. Xalqın matəm etdiyi anda, biz həlak olanların yaxınlarına ən dərin baş sağlığımızı veririk. Bu başsağlığı vasitəsilə biz Azərbaycan vətəndaşlarının hər birinə səmimi dostluğumuzu və həmrəliyimizi çatdırmaq istəyirik. Bu sınaqda bizim düşüncələrimiz sizinlədir”, - bəyanatda bildirilib.

Bəyanatı Qaradərili Xalqlar Beynəlxalq Komitə (CİPN), Fos pou konstwi nasyon Gwadloup (FKNG), Boneyra İnsan Hüquqları Təşkilatı, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS), Fransız Qvianasının Sosial Azadlıq və Dekolonizasiya Hərəkatının (MDES), Suveren Martinik naminə ekoloqlar və demokratlar Hərəkatı (MODEMAS), Qvadelupanın Təzminatlar naminə Beynəlxalq Hərəkatı (MIR-Guadeloupe), Nazione Hərəkatı, Pueblo Progresivo Uni Hərəkatı, Multikultural və proqressiv Yeni Kaledoniya, Vahid St. Martin Assosiasiyası, Qvadelupanın Kommunist Partiyası (PCG), Martinikin Azadlığı naminə Partiya (PALİMA), Pati Kominis pou Lendepandans ék Sosyalizm (PKLS), Fransız Polineziyasının Tavini Huiraatira partiyası, Kaledoniya Birliyi, Qvadelupanın Azadlığı naminə Xalq Birliyi (UPLG) imzalayıblar.

Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi