Benjamin Klement: Reyunyonlular ada torpaqlarının öz sahiblərinə qaytarılmasını tələb edirlər

Xarici siyasət
  • 21 yanvar, 2025
  • 06:40
Benjamin Klement: Reyunyonlular ada torpaqlarının öz sahiblərinə qaytarılmasını tələb edirlər
Benjamin Klement

Reyunyonlular ada torpaqlarının öz sahiblərinə - xalqa qaytarılmasını tələb edirlər.

"Report" xəbər verir ki, bunu "Ka Ubuntu" Müstəqillik hərəkatının Reyunyon bölməsinin koordinatoru Benjamin Klement Bakıda keçirilən "Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış" mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, reyunyonlular tarixi-siyasi mübarizəni gücləndirməyə çalışırlar:

"Mədəniyyətimizi əlimizdən alanlardan təzminat tələb edirik. Bir daha deyirik ki, müstəmləkəçiliyi məhv edəcəyik".

Son xəbərlər

Bütün Xəbər Lenti