Bakıda Boneyra adasının müstəqilliyinə dair konfransın yekun sənədi imzalanıb

Bakıda Boneyra adasının müstəqilliyinə dair konfransın yekun sənədi imzalanıb Bakıda keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransın yekununa dair sənəd imzalanıb.
Xarici siyasət
22 Avqust , 2024 16:36
Bakıda Boneyra adasının müstəqilliyinə dair konfransın yekun sənədi imzalanıb

Bakı Təşəbbüs Qrupu (BTQ) və Boneyra İnsan Hüquqları və Dəyişiklik naminə Hərəkatının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfrans başa çatıb.

Report" xəbər verir ki, konfransın sonunda BTQ-nin icraçı direktoru Abbas Abbasov qeyd edib ki, Boneyra yerli əhalinin öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi üçün beynəlxalq ictimaiyyətdən dəstək axtarır.

“Biz BMT-nin Baş katibini və üzv ölkələri həmrəylik nümayiş etdirməyə və bu nəcib mübarizəni dəstəkləməyə, habelə Boneyra işi üzrə qətnamənin həmmüəllifləri kimi yeddi Karib adasına qoşulmağa çağırırıq. Bu qətnamə Boneyranın BMT-nin özünü idarə etməyən ərazilər siyahısına daxil edilməsini və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin nəzarəti altına alınmasını nəzərdə tutur”, - o deyib.

Konfransın sonunda yekun sənəd də imzalanıb.

Son xəbərlər

Orphus sistemi