Azərbaycanın Britaniyadakı səfirliyi Dublində səyyar konsulluq xidmətləri təşkil edəcək

Xarici siyasət
  • 14 fevral, 2025
  • 12:04
Azərbaycanın Britaniyadakı səfirliyi Dublində səyyar konsulluq xidmətləri təşkil edəcək

Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi konsulluq xidmətlərini əlçatan etmək məqsədilə martın 1-də İrlandiyanın Dublin şəhərində səyyar konsulluq xidmətləri təşkil edəcək.

"Report" xəbər verir ki, bu barədə səfirlik məlumat yayıb.

Bildirilib ki, səyyar konsulluq zamanı xidmət saat 14:30-18:30 aralığında mümkün olacaq.

Xidmətlərlə yanaşı, İrlandiyada yaşayan azərbaycanlılar üçün konsulluq-hüquq sahəsində qarşılaşdıqları çətinliklər barədə sorğu-sual imkanı da yaradılacaq.

44 filmi