Azərbaycan XİN başçısının müavini Suriyaya dövlətçiliyin bərpası prosesində uğurlar arzulayıb

Azərbaycan XİN başçısının müavini Suriyaya dövlətçiliyin bərpası prosesində uğurlar arzulayıb Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rafiyev Suriyaya dövlətçiliyinin bərpasının çətin mərhələsində uğurlar arzulayıb.
Xarici siyasət
30 Dekabr , 2024 13:36
Azərbaycan XİN başçısının müavini Suriyaya dövlətçiliyin bərpası prosesində uğurlar arzulayıb

Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rafiyev Suriyaya dövlətçiliyinin bərpasının çətin mərhələsində uğurlar arzulayıb.

“Report” xəbər verir ki, bu barədə nazir müavini Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən əş-Şibani ilə görüşdən sonra “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Əziz qardaşlar, səmimi qonaqpərvərliyinizə görə təşəkkür edirəm. Burada, Dəməşqdə, Azərbaycanın suriyalı qardaş və bacılarımızla həmrəyliyini ifadə etdik. Onlar dövlətçiliyin bərpası və Suriyanın dostları ilə əlaqələrin qurulmasının həlledici mərhələsinə qədəm qoyublar. Bu mühüm təşəbbüsdə sizə uğurlar arzulayıram”.

Son xəbərlər

Orphus sistemi