Azərbaycan xarici işlər naziri BMT-də bir sıra görüşlər keçirib

Azərbaycan xarici işlər naziri BMT-də bir sıra görüşlər keçirib Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Bolqarıstanın xarici işlər naziri vəzifəsini icra edən İvan Kondov ilə görüşüb.
Xarici siyasət
28 Sentyabr , 2024 03:08
Azərbaycan xarici işlər naziri BMT-də bir sıra görüşlər keçirib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Bolqarıstanın xarici işlər naziri vəzifəsini icra edən İvan Kondov ilə görüşüb.

“Report” xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında paylaşım edilib.

Məlumata görə, görüşdə Azərbaycan ilə Bolqarıstan arasında uğurlu iqtisadi, ticari, enerji və humanitar sahədə əməkdaşlıq, habelə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində qarşılıqlı fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Həmçinin regionda münaqişədən sonrakı vəziyyət, sülh gündəmi və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması diqqət mərkəzində olub.

Azərbaycan xarici işlər naziri Nikaraquanın xarici işlər naziri Valdrak Lüdviqlə görüşdə isə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb. Nazirlər, həmçinin Azərbaycan ilə Nikaraqua arasında siyasi, iqtisadi, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə ediblər. Hər iki tərəf regional və qlobal platformalarda əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Azərbaycanlı diplomat həmçinin BMT-nin 79-cu iclası çərçivəsində Qambiyanın xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılar naziri Mamadu Tanqara ilə görüşüb. Tərəflər arasında cari siyasi, iqtisadi, ticari və təhsil məsələləri ilə yanaşı COP29-un sədrliyi, qambiyalı tələbələr üçün Azərbaycanda təhsil və təqaüd imkanları, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Son xəbərlər

Orphus sistemi