Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi

Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi Cari ilin 13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
Xarici siyasət
1671
13 May , 2021 20:05
Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik müzakirə edildi
Sergey Lavrov və Ceyhun Bayramov
0 : 00
0 : 00

Cari ilin 13 may tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə "Report"a Azərbaycan XİN-dən məlumat verilib.

Belə ki, nazirlər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Tərəflər hər hansı gərginliyin siyasi və diplomatik yolla həllinin vacibliyini vurğulayıblar.

Nazirlər bölgədə sülhün təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin zəruri olduğunu qeyd ediblər.

Son xəbərlər

Orphus sistemi