Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref ilə görüşü olub.
"Report"un Kazana ezam olunan müxbiri xəbər verir ki, German Qref rəhbərlik etdiyi bankın həyata keçirdiyi işlər, o cümlədən bankın maliyyə sektoru ilə yanaşı, rəqəmsallaşma həlləri vasitəsilə səhiyyə, sosial, təhsil və digər sahələrlə bağlı fəaliyyəti barədə dövlət başçısına ətraflı məlumat verib. O, Azərbaycanın sürətli iqtisadi yüksəlişini və sosial inkişaf meyillərini xüsusi qeyd edib.
Görüşdə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 23-də Kazanda Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref ilə görüşü olub.
Bu barədə "Report"un Kazana ezam olunmuş əməkdaşı xəbər verir.