​Azərbaycan prezidenti Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşüb

​Azərbaycan prezidenti Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşüb Klaus Şvab İlham Əliyevin Forumda iştirakının əhəmiyyətli olduğunu deyib
Xarici siyasət
23 Yanvar , 2015 22:35
​Azərbaycan prezidenti Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşüb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bu gün prezident İlham Əliyevin Davosda Dünya İqtisadi Forumunun sədri Klaus Şvab ilə görüşü olub.

"Report" xəbər verir ki, Klaus Şvab Dünya İqtisadi Forumu ilə Azərbaycan arasındakı əməkdaşlığı yüksək qiymətləndirərək prezident İlham Əliyevin Forumda iştirakının əhəmiyyətli olduğunu deyib.

Dövlət başçısı Dünya İqtisadi Forumu ilə ölkəmiz arasındakı əməkdaşlıqdan məmnun qaldığını, əlaqələrimizin daha da genişləndirilməsində maraqlı olduğunu bildirib. Azərbaycan prezidenti bu Forumun bütün iştirakçı tərəflərə əməkdaşlığı daha da genişləndirmək üçün şərait yaratdığını vurğulayıb.

Söhbət zamanı Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində qazandığı uğurlar və onun perspektivləri, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, qlobal böhran və onunla bağlı proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi