WSJ: ABŞ Yaxın Şərqdə hərbi gəmilərin sayını artıra bilər

Digər ölkələr
  • 22 oktyabr, 2026
  • 05:09
WSJ: ABŞ Yaxın Şərqdə hərbi gəmilərin sayını artıra bilər

Vaşinqtonun İrana mümkün yeni zərbələrə hazırlıaşdığına görə Amerikanın Yaxın Şərqdəki hərbi gəmilərinin sayı 24-ü keçə bilər.

"Report" "The Wall Street Journal"a (WSJ) istinadən xəbər verir ki, bu barədə ABŞ hərbi komandanlığının planları ilə tanış mənbələr bildiriblər.

Nəşrin məlumatına görə, hazırda təxminən 20 hərbi gəmidən ibarət iki ABŞ Hərbi Dəniz Qüvvələri təyyarədaşıyan zərbə qrupu bölgədədir.

"Theodore Roosevelt" təyyarədaşıyan gəmisi və onun müşayiət gəmilərinin də gəlişi gözlənilir. Əgər yerləşdirilən qüvvələr bölgədə qalsa, Amerika hərbi gəmilərinin ümumi sayı iyirmidən çox olacaq.

WSJ-nin mənbələri iddia edir ki, ABŞ ordusu İrana qarşı yeni zərbələr üçün planlar hazırlayır. Bundan əlavə, 19 oktyabrda İsrail Pentaqon rəhbərinə bir neçə potensial hücum hədəfini təqdim edib.

Bu arada, Ağ Evin mətbuat katibinin müavini Anna Kelli nəşrə bildirib ki, ABŞ 3 noyabrda Konqresə keçiriləcək aralıq seçkilərdən əvvəl İrana zərbə endirməyi planlaşdırmır.

44 filmi