ABŞ Yaxın Şərqdəki bazalardakı hərbi mövcudluğunu azaldır
- 22 oktyabr, 2026
- 04:12
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ son günlər Yaxın Şərqdəki hərbi bazalarında hərbçilərinin sayını azaldır.
"Report"un "NBC News"a istinadən verdiyi məlumata görə, bu barədə vəziyyətlə tanış olan mənbələr bildirib.
Telekanalın məlumatına görə, Amerika hərbi kontingentinin azaldılması İordaniya, Qətər və Küveytdəki bazalara təsir edib.
Bundan əlavə, 21 oktyabrda ABŞ-nin Yaxın Şərqdəki bir neçə diplomatik nümayəndəliyinin rəhbərlərinə qarşıdan gələn heyət ixtisarları barədə məlumat verilib.
"NBC News"un mənbələri qeyd edib ki, Amerika hərbçilərinin və diplomatik nümayəndəlik heyətinin sayının hazırkı azaldılması ABŞ-nin İrana qarşı fevralda başlamış hərbi əməliyyatından əvvəl görülən tədbirləri xatırladır.
Vəziyyəti şərh edən ABŞ Mərkəzi Komandanlığının sözçüsü Timoti Hokins bildirib ki, hərbçilərin və hərbi resursların yenidən yerləşdirilməsi müntəzəm həyata keçirilir.
"Biz optimallaşdırma məqsədləri üçün Amerika hərbçilərini və resurslarını müntəzəm olaraq yenidən yerləşdiririk. Biz bu hərəkətləri müzakirə etmirik", - o vurğulayıb.