Azərbaycan Prezidenti Danimarkanın Kraliçasına təbrik məktubu göndərib

Xarici siyasət
  • 04 iyun, 2015
  • 13:48
Azərbaycan Prezidenti Danimarkanın Kraliçasına təbrik məktubu göndərib

Bakı. 4 iyun. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Danimarkanın Kraliçası Ülyahəzrət II Marqreteyə təbrik məktubu göndərib. "Report"un məlumatına görə, təbrik mətnində deyilir:

"Ülyahəzrət,

Danimarka Krallığının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Danimarka xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".