Azay Quliyev: Fransanın siyasəti Cənubi Qafqazın təhlükəsizliyinə xələl gətirir

Azay Quliyev: Fransanın siyasəti Cənubi Qafqazın təhlükəsizliyinə xələl gətirir Fransanın siyasəti Cənubi Qafqazda onsuz da kövrək olan sülhə xələl gətirir.
Xarici siyasət
23 Fevral , 2024 15:30
Azay Quliyev: Fransanın siyasəti Cənubi Qafqazın təhlükəsizliyinə xələl gətirir

Fransanın siyasəti Cənubi Qafqazda onsuz da kövrək olan sülhə xələl gətirir.

“Report” xəbər verir ki, bunu Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev ATƏT PA-nın Vyanada keçirilən qış sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Fransa hökuməti İrəvana silah tədarükü ilə bağlı yeni sövdələşmələr vəd edərək Ermənistanı hərbiləşdirmək siyasəti aparır:

“Fransanın bu siyasəti yalnız regionda onsuz da kövrək olan sülh və təhlükəsizliyə xələl gətirir, Bakı ilə İrəvan arasında normallaşma prosesinə ciddi şəkildə mənfi təsir göstərir. Buna görə də belə siyasətə son qoyulmalıdır”.

A.Quliyev vurğulayıb ki, fransalı deputatların Azərbaycana qarşı iddiaları əsassızdır və Ermənistanın hərbiləşdirilməsinə dəstək vermək üçün sadəcə bəhanədir.

Son xəbərlər

Orphus sistemi