Ayxan Hacızadə: "Fransa XİN rəhbərinin saxta "blokada" və "məcburi köçkün" iddiaları sülhə xidmət etmir"
Ayxan Hacızadə: "Fransa XİN rəhbərinin saxta "blokada" və "məcburi köçkün" iddiaları sülhə xidmət etmir"Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda keçirdiyi görüşlərdə saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir.
Fransa xarici işlər naziri Katrin Kolonnanın Ermənistanda keçirdiyi görüşlərdə saxta “blokada” və “məcburi köçkün” iddiaları sülhə xidmət etmir.
"Report" xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə özünün "X" səhifəsində Fransa xarici işlər nazirinin iddialarına cavabında bildirib.
"Onun “Fransa hər zaman Ermənistanın yanındadır” ifadələri nəhayət ki, Fransanın vicdanlı broker və neytral vasitəçi olmaq iddiaları üzərindən bütün maskaları yırtdı", - XİN rəsmisi qeyd edib.
Repetition by @MinColonna of fake “blockade” & “forced displacement” narrative in her meetings in Armenia doesn’t serve peace. Her statements on “France always standing by Armenia’s side” finally removed all masks off French claims to being an honest broker & neutral mediator.